Türkiyəli aktyor Cihan Şimşək evlənir.
Axşam.az xəbər verir ki, bu barədə aktyor özü məlumat yayıb. O, sevgilisi Sinemlə iyunun 23-də nikah masasına əyləşməyə hazırlaşır.
Qeyd edək ki, cütlük 11 ildir eşq yaşayır.
Cihan hazırda "Kardeşlerim" serialında "Oğulcan" obrazına həyat verir.
