Sonuncu açıqlaması Ani Loraka baha başa gəldi

Sonuncu açıqlaması Ani Loraka baha başa gəldi
807 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Xalq artisti Ani Lorakın sonuncu açıqlamasından sonra Rusiyadakı konsertləri ləğv edilib.

Axşam.az xəbər verir ki, söhbət aprelin 27-də Krasnodarda keçirilmasi planlaşdırılan konsertdən gedir. Bu barədə şəhər administrasiyasının mətbuat xidməti sosial media hesabında yazıb.

Bildirilib ki, Lorakın bugünkü açıqlamasından sonra sakinlər buna etiraz edib və konsertlərinin ləğvini istəyiblər. Şəhər meri də onların bu mövqeyini dəstəkləyib.

Qeyd edək ki, müğənni açıqlamasında haqqında səsləndirilən iddiaları təkzib edərək müharibəni pislədiyini deyib.