Karyerasını bitirməyə hazırlaşan dünyaca məşhur rejissor-aktyor Kventin Tarantino haqqında komiks yaradılacaq.
Axşam.az xəbər verir ki, "Titan Comics" nəşriyyatının "Quentin By Tarantino" adlı komiksində rejissorun karyerası əks olunacaq.
Bildirilib ki, komiksdə rejissorun həyatına dair bir çox heyrətləndirici məqamlara da yer ayrılacaq.
Qeyd edək ki, Tarantino hazırda son layihəsi - "Kino tənqidçisi" ("The Movie Critic") adlı filmini təqdim etməyə hazırlaşır.