Hollivud ulduzu psixiatriya klinikasında qalacaq

Hollivud ulduzu psixiatriya klinikasında qalacaq
687 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Amanda Bayns bir neçə gün əvvəl Los-Anceles küçələrində çılpaq gəzdiyi üçün həbs olunmuş və daha sonra psixiatrik xəstəxanaya yerləşdirilmişdi.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün 37 yaşlı aktrisanın xəstəxananı tezliklə tərk etməyəcəyi məlum olub.

Klinikada özünü olduqca sakit aparan Amanda hələlik heç kimlə ünsiyyət qurmağa cəhd etməyib.

Qeyd edək ki,  Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.