Xəbər verdiyimiz kimi, məşhur müğənni Şakira övladları ilə birgə Barselonanı tərk edib.
Axşam.az xəbər verir ki, müğənninin oğulları ilə birgə Barselona hava limanında olan görüntüləri yayılıb.
Qeyd edək ki, Şakira xəyanətə uğradıqdan sonra eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikedən ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.
Hazırda Pikenin sevgilisi Klara Çianın hamilə olduğu deyilir.