Dünyaca məşhur model Kayli Cennerlə sevgilisi reper Travis Skott ayrıldıqdan sonra birgə yaşadıqları malikanəni satışa çıxarıblar.
Axşam.az xəbər verir ki, villa 20 milyon dollar qarşılığında yeni sahibinə təqdim olunacaq.
900 kvadratmetr yaşayış sahəsi olan mülk 7 yataq otağı və 10 sanitar qovşağı, kinoteatr, barı olan oyun zalı, əlavə istirahət otağı, ofis, mətbəx və böyük foyedən ibarətdir. Lakin malikanəyə ikilinin istədiyi kimi maraq olmadığı üçün ilkin nəzərdə tutduqları 22 milyon dollar məbləğini aşağı endirməli olublar.
Qeyd edək ki, Kayli və Travis sözügedən mülkü 2018-ci ildə 13,5 milyon dollara alıblar.