Xalq artisti Polad Bülbüloğlunun oğlu Murtuza Bülbül Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verib.
Axşam.az xəbər verir ki, onu səhnədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. M.Bülbül gecədə dünya klassiklərindən səsləndirilən əsərlərə dirijorluq edib.
Gecədə onu izləyənlər arasında atası Polad Bülbüloğlu da yer alıb.
Foto: İlqam Cəbiyev