Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib.
Axşam.az xəbər verir ki, opera ifaçısı teatrdan direktor kimi ilk görüntülərini yayımlayıb və bunları yazıb:
"Əziz dostlar, çoxlarınız bilirsiniz ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik mənə həvalə olunub. Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirəcəyik, bunun üçün bütün səylərimizi əsirgəməyəcəyik".
Yusif ona dəstək olan hər kəsə, ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib:
"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda həyata keçirilən çox mühüm layihələrə dəstək olurlar. Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq".