Ötən gün dünyasını dəyişən Xalq artisti İranə Tağızadə ilə vida mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, Təzəpir məscidində baş tutan mərasimə incəsənət aləminin tanınmış simaları qatılıblar.
Mərhumun çalışdığı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev İ.Tağızadə ilə bağlı xatirələrini bölüşüb:
"30 ildən çoxdur bir yerdə çalışırıq. Onun vəfatı mədəniyyətimiz üçün böyük itkidir".
Ə.Hacıyev bildirib ki, mərhum sonuncu dəfə Cəfər Cabbarlının "Aydın" tamaşasında rol alıb.
Qeyd edək ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək. O, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru olub.
Foto: İlqam Cəbiyev