Xanımı Azər Paşa Nemətov haqda: "Əməliyyat olunmuşdu"

Xanımı Azər Paşa Nemətov haqda: "Əməliyyat olunmuşdu"
10119 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti azər Paşa Nemətovla vida mərasimi direktoru olduğu Akademik Milli Dram Teatrında keçirilir. 

Axşam.az xəbər verir ki, mərhumun xanımı Süsən Nemətova Londondan birbaşa vida mərasiminə qatılıb. O bildirib ki, Azər Paşa Nemətov bir il əvvəl ciddi əməliyyat keçirib:

"Onurğasından əməliyyat olunmuşdu. Ağır əməliyyat idi, amma yaxşılaşmışdı". 

Həyat yoldaşının teatr sevgisindən danışan S.Nemətova "Teatrda çox çalışırdı, işçilərə can yandırırdı. Tamaşalar yüksək səviyyədə olmalı idi. İstəyirdi ki, hər gün tamaşa göstərilsin. repertuara özü xüsusi diqqət ayırırdı" sözlərini əlavə edib. 

Xalq artisti Rasim Balayev də mərhumla vidalaşmağa gələnlər arasında yer alıb. Aktyor bildirib ki, Azər Paşa ilə 58 ildir dostluq edirlər:

"Gözəl tamaşalar hazırlayırdı. Aktiv işləyirdi. Onun ölümü haqda danışmaq çox çətindir. Sonuncu dəfə martın əvvəlində danışmışdıq. Məni teatra dəvət elədi və "Sənətkar" medalı təqdim elədi. Sonra söhbət elədik. Tez-tez telefonla danışırdıq. İkimizin də ayağında problem var idi. Deyirdi ki, bir yerdə həkimə gedək. Səhhətindəki problem ayağında və belində idi. Amma qəfil ölümü bizi çox təəccübləndirdi. Azərbaycan teatrı, sənəti üçün böyük itkidir".

Foto: İlqam Cəbiyev