Rusiyalı məşhur reper Timatinin sevgilisi, model Valentina İvanova ilə nişanlandığı iddia edilib.
Axşam.az xəbər verir ki, kafelərdən birinin açılışına qatılan İvanovanın barmağındakı üzük şayiələrin yaranmasına səbəb olub.
Qeyd edək ki, Timati ilə İvanova ötən ilin fevralında münasibətlərini təsdiqləyiblər.
Timati heç vaxt evlənməyib, lakin onun müxtəlif sevgililərindən uşaqları var. 2014-cü ildə sənətçinin model Alena Şişkovadan Alisa adlı qızı dünyaya gəlib. 2019-cu ildə bloger Anastasiya Reşetovadan oğlu Ratmir olub.