Bu gün şəhid olan hərbçilərimizin - Fotoları

Bu gün şəhid olan hərbçilərimizin - Fotoları
4424 dəfə oxunub
  • A-
  • A
  • A+

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçilərin adlarını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, erməni təxribatının qarşısını alarkən aşağda adları qeyd olunan hərbi qulluqçularımız şəhid olub:

Zalov Vidadi Nizami oğlu;

Həsənov Elşad Qabil oğlu;

Tağıyev Səbuhi Gündüz oğlu.

Şəhid olan hərbçilərin fotolarını təqdim edirik: