"Vogue" jurnalının yeni sayı 2019-cu ildə vəfat edən “Dəbin atası”, "Chanel" və "Fendi" moda evlərinin keçmiş kreativ direktoru Karl Laqerfeldə həsr olunub.
Axşam.az xəbər verir ki, çəkiliş üçün 10 model - Naomi Kempbell, Cici Hadid, Kendall Cenner, Amber Valletta, Devon Aoki, Şalom Harlou, Anok Yai, Liu Ven, Adut Akeç, Natalya Vodyanova kamera qarşına keçib.
Çəkilişlər Parisdə baş tutub.