Şəhid Vidadi Zalov dəfn olundu - Fotolar

Şəhid Vidadi Zalov dəfn olundu - Fotolar
1941 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalov dəfn olunub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.