Daha bir şəhidimiz dəfn olundu - Fotolar

Daha bir şəhidimiz dəfn olundu - Fotolar
1662 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.

Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.