"Sənin qanın yerdə qalmayacaq, sənə söz verirəm, ata. Onlar qanun qarşısında cavab verəcəklər. Mənim ümidim sən bizdən gedən gündən yox oldu. Mənim dünyam, cənnətdə görüşəcəyik, sənsiz darıxıram".
Axşam.az xəbər verir ki, bu sözləri iş xanımı Elnarə Bəkirova instaqram səhifəsində yazıb. O, bir neçə gün əvvəl qətlə yetirilən atası Kamran Bəkirovla bağlı paylaşımında bunları əlaə edib:
"Əziz dostlar, son günlər həyatımın ən faciəvi dönəmini yaşayıram. Bu çətin müddətdə yanımda olan dostlara, yaxınlara, media nümayəndələrinə təşəkkür edirəm. Xüsusi təşəkkürüm isə atamı amansızcasına qətlə yetirən canilərin tapılmasında göstərdiyi diqqətə görə Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovadır. Polis əməkdaşlarının operativliyi və təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qatillər tez bir zamanda tapılıb ədalətə təslim edildi. İnanıram ki, ədalətli istintaq aparılacaq və həmin canilər öz layiqli cəzasını alacaq.
Hələ ki, istintaqın gedişinə mane olmamaq üçün susqunluğumu qoruyuram. Vaxtı gələndə hadisə ilə bağlı ətraflı açıqlama verəcəyəm".
Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşüb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.
Elnarə Bəkirova keçmiş moda məsləhətçisi, hazırda isə "Şərifzadə Art center"in rəhbəridir.