Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-prisinin axşam şousundan görüntülər paylaşıb.
Axşam.az xəbər verir ki, gecədə dronların iştirakı ilə Heydər Əliyev Mərkəzinin, Qız qalasının, Azərbaycan xəritəsinin, Xarı Bülbülün görüntüləri əks olunub.
Qeyd edək ki, ötən gün axşam saatlarında başlayan şouda Bakı səmasına min ədəd dron qalxıb.