Xalq artisti Aftandil İsrafilov dəfn edilib.
Axşam.az xəbər verir ki, sənətçi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər.
Qeyd edək ki, A.İsrafilovun uzun müddətdir səhhətində problem var idi. Musiqiçi xəstəxanada müalicə alırdı. O, ötən gün səhər saatlarında 82 yaşında dünyasını dəyişib.