Günel bu sözləri Rzaya ünvanladı? - Fotolar

Günel bu sözləri Rzaya ünvanladı? - Fotolar
3861 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günel Zeynalovanın son paylaşımı diqqət çəkib.

Axşam.az xəbər verir ki, Mayamidə istirahətdə olan ifaçı tətildən çəkdiyi fotoları izləyiciləri ilə bölüşüb. Günel paylaşımına "Dəli-doludur, "R", qəlbim" şərhini yazaraq ürək emojiləri qoyub.

O, şəkillərinin şərh bölməsini isə bağlayıb. Türkiyə mediasında paylaşımda yer alan "R"nin cənubi azərbaycanlı iş adamı Reza Zarrabın adının baş hərfi olduğu iddia edilib. İkilinin yenidən barışıb-barışmadığı sualı ortaya atılıb.

Qeyd edək ki, Günel əvvəllər Reza Zarrabla nişanlı olub. İş adamı Günelə müğənni Ebru Gündeşlə xəyanət edib və onunla evlənib. Bu səbəbdən uzun illərdir ifaçılar arasında küsülülük var. 

Ebru ilə Rezanın da evliliyi uzun çəkməyib, onlar boşanıblar. Ebru müğənni Hadisənin Reza ilə münasibətdə olduğu iddia edildikdən sonra onlar arasında da qalmaqal yaşanıb.