Aktrisa Naomi Uottsın həmkarı Billi Krudalla gizli ailə qurduöu iddia edilib.
Axşam.az xəbər verir ki, cütlük Nyu Yorkdakı mənzillərinin yaxınlığında görüntüləniblər. Naominin əynində ağ libasın olması və bir buket gül tutması, aktyorun isə klassik kostyumda olması diqqətdən yayınmayıb. Bundan başqa, ikilinin barmağındakı nikah üzükləri Naomi ilə Billinin gizli toy etdiyinə işarə edib.
Qeyd edək ki, cütlük 2017-ci ildə "Gypsy" filminin çəkilişlərində tanış olublar. Uotts əvvəl Hollivud aktyoru Liev Şrayberlə ailəli olub və bu evlilikdən onun iki övladı var.