“Oskar" və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülmüş “12 illik əsarət” filmi ilə məşhurlaşan Lupita Nyonqo geyimi ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktrisa "Toni" mükafatlandırma mərasiminə gümüşü korsetdə qatılıb. Geyimin müəllifi pakistanlı modelyer Mişa Yaponiyavaladır.
Mişanın sözlərinə görə, o, cəmiyyətdə qadının açıq-saçıq geyinməsinin tənqid olunması ilə mübarizə aparır.
Sosial media izləyiciləri Lupitanın görünüşünü bəyənməyib, onun geyimini tənqid ediblər.