Bu gün Azərbaycanda “Son zəng” qeyd olunur.
Axşam.az xəbər verir ki, ölkənin ümumtəhsil məktəblərindət bununla bağlı müxtəlif tədbirlər keçirilir. Kimi məktəbi bitirdiyinə sevinir, kimi kədərlənir.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.