ABŞ Sahil Mühafizəsi itkin düşən "Titan" batiskafının ekipajının öldüyünü təsdiqləyib.
Axşam.az xəbər verir ki, bu barədə qurum tviterdə məlumat yayıb.
Qeyd edək ki, qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxmışdı. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçi var idi. "Titan" batiskafının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənmişdi. Bir neçə dəqiqə əvvəl isə "Titanik"in batdığı yerin yaxınlığında "Titan" batiskafının axtarışı zonasında naməlum qırıqlar aşkar edilmişdi.