Xəbər verdiyimiz kimi, amerikalı aktyor Kevin Kostnerlə həyat yoldaşı Kristin Baumqartner boşanır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən çərşənbə axşamı hakim aktyorun həyat yoldaşına üç uşağın saxlanması üçün ayda 129,755 dollar ödəməli aliment ödəməli olduğuna qərar verib.
Bu məbləğ isə aktyorun özünün güman etdiyi hissədən xeyli yüksəkdir.
O, uşaqlar üçün aylıq 52 mindən çox olmayan vəsait ayırmağı planlaşdırırdı.
Bununla belə, məhkəmənin qərarına əsasən, Kostner və Baumqartner dərman, idman klubları və müxtəlif dərsdənkənar fəaliyyətlərin xərclərini yarıya böləcəklər.
Qeyd edək ki, Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyi olub. O, 1978-1994-cü illərdə Kristin ilə nikahda olub və bu evlilikdən də üç övladı var. Kostnerin 1996-cı ildə Bridzhit Runidən dünyaya gələn daha bir oğlu var.