Xəbər veridiyimiz kimi, türkiyəli müğənni İbrahim Tatlısəs balaca aktrisa Beren Gökyıldız haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, ifaçı çoxsaylı tənqidlərin ardından açıqlama yayaraq fikirlərinə haqq qazandırıb.
"Allah eşqinə, bu yazıda nə var? Axtarsaq çox şey var. Mən ürəyimdən keçən gözəllikləri yazdım, siz isə içinizdəki çirkinlikləri. Bu qədər" deyə, Tatlısəs bildirib.
Qeyd edək ki, müğənni daha əvvəlki paylaşımında Berenlə fotosunu yayımlayaraq 5-6 kiloqram arıqlamasına ehtiyac olduğunu demişdi. Onun bu fikirləri sosial media istifadəçiləri tərəfindən tənqid olunub.
Beren hazırda "Yeşil Vadinin qızı" serialında rol alır.
