Tarixin ən böyük tətilinə başladılar

Tarixin ən böyük tətilinə başladılar
703 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyorları tarixin ən böyük tətilinə başlayıblar. 

Axşam.az xəbər verir ki, Hollivudun 160 mindən çox kino və televiziya aktyorunu cəmləşdirən Ekran Aktyorları Gildiyası və Amerika Yazıçılar Gildiyası maaşların artırılmasını və film istehsalında süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər. Lakin Hollivud aktyorlarının studiyalarla apardıqları danışıqlar bir nəticə verməyib. Bununla da onlar ssenaristlərə qoşularaq tətil elan ediblər.

Qeyd olunub ki, Hollivud aktyorları və ssenaristləri sonuncu dəfə 1960-cı ildə birgə tətil keçiriblər. Bildirilib ki, onların bu addımı sektorda ciddi iqtisadi itkilərə səbəb olacaq.

Bundan əvvəl tətil elan edən 11 mindən çox ssenarist səbəbindən telekanallar ekran işlərini təkrar yayımlamaq məcburiyyətində qalıblar. Həmçinin bir çox film və serialın çəkilişləri dayandırılıb.