Xəbər verdiyimiz kimi, rok-n-roll kralı Elvis Preslinin yeganə qızı, amerikalı müğənni Liza Mari Presli yanvarın 12-də 54 yaşında vəfat edib.
Axşam.az-ın məlumatına görə, Preslinin vəfatından 6 ay sonra onun ölüm səbəbi açıqlanıb. Onun ölümünə səbəb artıq çəkidən xilas olmaq üçün etdirdiyi əməliyyat olub. Elvisin qızı bitişmələrin yaratdığı nazik bağırsaq tıxanıklığı səbəbindən ölüb. Bu problem onda mədəkiçiltmə əməliyyatından sonra yaranıb.
Onun qanında depressiyanın müalicəsi üçün dərman və opioid asılılığının müalicəsində də istifadə oluna bilən ağrıkəsicinin izlərinin tapıldığı qeyd edilib. Amma bildirilib ki, bu dərmanlar ölüm səbəb olmayıb.