Sobçakla bağlı növbəti iddia ortaya çıxdı - Foto

Sobçakla bağlı növbəti iddia ortaya çıxdı - Foto
1154 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aparıcı Ksenya Sobçakın ikinci övladı olacağı iddia edilib.

Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarında məlumat yayılıb. Sobçakın iyunun 25-də sosial media hesabında paylaşdığı videoda qarnının böyük görünməsi də iddiaları gücləndirib. O, izləyicilərin "Hamiləsiniz" suallarını cavabsız qoyub.

Qeyd edək ki, aparıcı aktyor, Malaya Bronnaya Teatrının bədii rəhbəri Konstantin Boqomolovla ailəlidir. Bu, onların ilk övladı olacaq.
Sobçakın keçmiş həyat yoldaşı, aktyor Maksim Vitorqandan Platon adlı bir oğlu var.