"Hara getdimsə qapılar üzümə bağlandı, artıq dözə bilmirəm"

"Hara getdimsə qapılar üzümə bağlandı, artıq dözə bilmirəm"
25476 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bu həyat məni çox yordu. Bitdim, tükəndim artıq. Hara getdimsə, qapılar üzümə bağlı qaldı. Belə yaşamaq mümkün deyil. Haqqınızı halal edin".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nurlan Əzizbəyli deyib. İşsiz qaldığını, maddi sıxıntılar yaşadığını deyən müğənni bunları əlavə edib:

"38 ildir bu sənətdəyəm, amma qiymətləndirilmirəm. Mənim qədər dövlət tədbirlərində çıxış edən olmayıb. Fəxri adım belə yoxdur. 47 yaşımın içindəyəm, nə vaxt olacaq? Dünən oxumağa başlayanlar, sənəti olmayanların fəxri adı da, hər şeyi də var. Heç bir bayram konsertində, dövlət tədbirində yoxam. Niyə? Uşaq yaşlarımdan konsertlərdə yer almışam, Ulu öndərin qarşısında çıxış etmişəm. 

Deyim ki, sənətim yoxdur? Mən ali təhsilli, savadlı müğənniyəm. Repertuarım zəngindir. Səhnə mədəniyyətim, səsim yerində. Amma geri qalmışam.

Maddi sıxıntı yaşayıram, dolanışıq çətindir. Danışacağam, deyəcəklər Nurlan Əzizbəyli yenə danışır. İllərdir mən çox nadir hallarda məclislərə dəvət alıram. Kim yoluma daş qoyub bilmirəm. Artıq dözə bilmirəm".