Cığatelin nəvəsinin həlak olduğu qəzanın görüntüləri

Cığatelin nəvəsinin həlak olduğu qəzanın görüntüləri
23578 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızıya ağır itki üz verib. Onun 10 yaşlı nəvəsi qəzada vəfat edib. 

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki,  “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.