Jan Pol Sartrin "Dəfn olunmuş ölülər" əsəri əsasında hazırlanan "Son xətt" tamaşası Laçında nümayiş olunub.
Axşam.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, rejissoru Gülnar Hacıyevadır. Səhnə əsərində rolları Elçin Nurəliyev, Nurlan Ağayev, Urfan Cabbarlı, İlqar Səmədli, Məmməd Rəfiyev, Nihad Abbaslı, Tural Rzayev, Aydan Həsənzadə canlandırıb.
"Laçında teatr festivalı yaşadıq ve yaşatdıq. Bu, əslində azad olunmuş torpaqlara mədəniyyətimizi daşımaqdır. Alındı. Nəticə çox sevindirici oldu. Tədbir gözəl xidmət və niyyət oldu. Layihəyə “Son xətt"lə bərabər Nicat Kazımov “Sevil”, Ceyhun Dadaşov “Danko” tamaşaları, Fuad Əlişov “Lazım gəlsə" filmi ilə iz qoyublar" deyə, M.Ələkbərzadə bildirib.
Festival "Teatral studiya"nın təşəbbüsü ilə gerçəkləşib.