Xəbər verdiyimiz kimi, adını River Red olaraq dəyişdirən müğənni Britni Spirslə həyat yoldaşı Sem Asqari bir illik evliliklərinin ardından boşanmaq qərarı alıblar.
Axşam.az xəbər verir ki, "TMZ" nəşri 41 yaşlı ifaçının 29 yaşlı ərinə xəyanət etdiyini yazıb. Nəşrin məlumatına görə, Britni Kaliforniyadakı evlərində işçilərdən biri ilə Semi aldadıb və həyat yoldaşında bunu təsdiqləyən video var. Bundan əlavə, müğənni işçilərindən birindən onu çılpaq şəkildə lentə almasını istəyib.
Bütün bunlar Semi boşanma ərizəsi verməyə sövq edib.
Həmçinin, ikilinin evliliyi ilə bağlı başqa təfərrüatlar da ortaya çıxıb. Belə ki, Sem Britninin qeyri-sabit davranışlarından şikayətlənib və dostlarına ifaçının ona tez-tez əl qaldırdığını, bəzi davalara təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxilə etməli olduğunu deyib. İddialardan biri də Britninin yuxuda olarkən Semi vurmasıdır. TMZ nəşri sözügedən tarixləri müqayisə edərək həqiqətən də həmin vaxtlarda Semin üzündə və qollarında qançırlarla lentə alındığını yazıb.
Sem bu səbəbdən evlərində çox sayda bıçaq olmasından da narahat olub. Britninin əhəmiyyətsiz səbəblərdən nəzarətdən çıxması onu narahat edib.
Belə ki, Sem bir neçə gün əvvəl boşanmaq üçün məhkəməyə müraciət edib və buna fikir ayrılıqlarını səbəb göstərib. Məhkəmə sənədlərinə əsasən, o, dəstək və hüquqi ödənişlər istəyir. Ötən gün mediada Britni nikah müqaviləsində göstəriləndən artıq pul verməyəcəyi təqdirdə Sem ifaçının sirlərini aşkarlayacağını bildirib.
Evlilik müqaviləsinin şərtlərinə görə isə, Sem Britninin pulunu tələb edə bilməz, çünki onlar iki ildən az evli qalıblar. Müqavilədə Semin hər iki illik evliliyə görə 1 milyon dollar (ala biləcəyi maksimum məbləğ) almaq hüququ olduğu əks olunub. O, həmçinin Britninin musiqilərinin və Kaliforniyadakı evinin hüquqlarından imtina edib.
Britni öz növbəsində məşhurların boşanmaları üzrə ixtisaslaşan hüquqşünas Laura Vasseri ilə görüşərək onunla əl sıxıb.
Haqqında çıxan boşanma xəbərlərinin ardından Sem sosial medoia hesabında belə bir paylaşım edib:
"6 il davam edən sevgi və sədaqətdən sonra Britni ilə birlikdə səyahətimizi bitirmək qərarına gəldik. Bir-birimizə qarşı olan sevgi və hörməti davam etdirəcəyik. Ona hər şeyin ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Britni ilə Sem 2016-cı ildən "Slumber Party" üçün klip çəkilişində tanış olduqdan sonra münasibətə başlayıblar və ötən yay evləniblər. Bu, müğənninin üçüncü evliliyi idi. Onun Kevin Federlaynla evliliyindən iki oğlu var. Oğullar ataları ilə yaşayır və anaları ilə az ünsiyyətdə olurlar.