Model Kendis Sveynpol “Free People” jurnalının iyul kataloqu üçün kamera qarşısına keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Kendis Sveynpolun həyatından bir gün” adlı reklam çarxının çəkilişlərində ulduz maraqlı geyimlərlə yadda qalıb.
Cins geyimlər ulduzu daha da cazibədar göstərib.
Xatırladaq ki, iyunda Kendis “Maxim” jurnalının sorğusuna əsasən ən ehtiraslı qadın seçilmişdi.