Son zamanlar yerli məşhurlar arasında da yer alan açıq-saçıq geyim dəbinin xarici ulduzlardan gəldiyi şübhəsizdir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünya turnelərinə çıxan sənətçilər bir-birindən maraqlı və dəbdəbəli libaslarla tamaşaçılarını ələ almağa çalışırlar.
Səhnədəki şoularını geyimləri ilə tamamlayan məşhurlar arasında Beyons, Ledi Qaqa, Cennifer Lopez, Rihanna, Madonna, Mayli Sayrus və başqaları var. Geyimlərin çoxu sifarişlə tikilib. Bəziləri isə ən məşhur firmaların məhsuludur.