Nadir: "Həyat yoldaşım bunu eşidəndə etiraz etdi" - fotolar

Nadir: "Həyat yoldaşım bunu eşidəndə etiraz etdi" -  fotolar
3043 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi Gürcüstanda çəkdirdiyi “Göndər” adlı klipini sevənlərinin ixtiyarına verib. O, “Ozan MW production”ın təşkilatçılığı ilə lentə alınan ekran işi haqqında danışıb:
 
“Bir çox həmkarlarım klip çəkdirir, ona elə bir məbləğ qoyurlar ki... Bu yaxınlarda bir müğənninin 90 min manata klip çəkdirdiyini eşitdim. Bu klipimə o qədər də böyük məbləğ xərcləməmişəm. Hətta 20 min avroya çəkdirdiyim “Pardon”dan da ucuz başa gəlib. Burada ən sevdiyim səhnə kazinoda olanlar idi”.

Qeyd edək ki, N.Qafarzadənin yeni klipində tərəf müqabili “Miss Gürcüstan 2012” qalibi Tamar Şedaniya olub.
 
“Göndər”in rejissoru Elnur Əliyev, operatoru Givi Maqradze, prodüseri Altay Yaşar, meneceri Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədovadır.
 
İyulun 6-da “Yaşıl Teatr”da baş tutacaq konsertindən də danışan Nadir Qafarzadə onu həyat yoldaşına həsr etdiyini deyib:
 
“Bu, həyat yoldaşıma hədiyyəmdir. Zalda ancaq o və mən olacam. Konsertim “Həyatımsan ömrüm qədər” adlanır. 13 mahnı oxuyacam. Onlardan biri sırf həyat yoldaşıma yazılıb. Sevinc konsert xəbərini eşidəndə etiraz etdi. Çox çətinliklə onu yola gətirmişəm”.

Foto: Rəşad ABBASOV