Sneyderin xanımı futbolçuların qaldığı oteli boşaltdırdı

Sneyderin xanımı futbolçuların qaldığı oteli boşaltdırdı
2288 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollandiyanın məşhur futbolçusu Sneyder və xanımı Yolanthe Braziliyada hər kəsin dəstəklədiyi nümunəvi addım atıblar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar FİFA-nın Hollandiya Milli Yığmasını "Marina Park Hotel"də yerləşdirmək istəyinə qarşı çıxıblar. Belə ki, adıçəkilən otelin sahibi Antonio Gil Fernandez Bezerra 2010-cu ildə 12 və 16 yaşlı qız uşaqlarına cinsi təcavüz cinayətindən həbsə məhkum edilmiş biridir.

Qız uşaqlarının fahişəliyə cəlb olunmasına qarşı dünyanın hər yerində mübarizə aparan Yolanthe bunu öyrənən kimi, dərhal həyat yoldaşına məlumat verib. Sneyder isə, öz növbəsində, Milli Yığmanın məsul şəxsləri ilə görüşdükdən sonra FİFA oteli dəyişdirib.