Əməkdar artistin təqdimatında nələr oldu? - fotolar

Əməkdar artistin təqdimatında nələr oldu? - fotolar
1893 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sevda Ələkbərzadə uzun müddətdir ki, üzərində çalışdığı yeni layihəsini - "İntro" albomunu təqdim edib.

Axşam.az-ın məlumatına görə, ötən gün Dövlət Filarmoniyasında baş tutan tədbirə sənət aləminin tanınmış simaları qatılıb. Gecəni musiqişünas Cahangir Süleymanov açaraq Sevda Ələkbərzadənin yaradıcılığından bəhs edib:

“Sevdaya qulaq asmağı xoşlayıram. Çünki o, eksperimentləri sevir, hər dəfə müxtəlif janrlarda mahnılar oxuyur”.
Çıxışlardan sonra səhnədə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri və Abxaz xor kapellası yer alıb. Sevda Ələkbərzadə layihəsi haqda bunları deyib:

“Nəhayət, yeni albomumu təqdim etdim. Onu ən çox sevdiyim insana – anama həsr etmişəm. Alboma mənim və ətrafımdakı insanların həyatında önəmli yeri olan mahnılar daxildir. “İntro” yaradıcılığımın yeni səhifəsidir”.

Qeyd edək ki, tədbirdə həmçinin “Azərbaycan qadını” jurnalının yay buraxılışının təqdimatı olub.

Foto: Rəşad ABBASOV