Meladzedən boşandıqdan sonra çıxan iddialara belə reaksiya verdi

Meladzedən boşandıqdan sonra çıxan iddialara belə reaksiya verdi
1122 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb. 

Axşam.az-ın məlumatına görə, Vera ilk dəfə Meladzedən boşanmasını şərh edib. O, bu qararı hansı səbəbdən aldıqlarını açıqlamaqdan imtina edib.

Veranın sözlərinə görə, hazırda sosial mediada onun bəstəkardan boşanması ilə bağlı çoxlu sayda fərziyyələr, iddialar yayılıb:

"Biz bu barədə şərh verməmək hüququmuzu özündə saxlamaq istərdik. Bir-birimizə minnətdarlıq və hamıdan bu qərarımıza hörmət etməyi xahiş edirik".

Qeyd edək ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.