"Azərbaycanın səsi"ndə baş verənlər fotolarda

"Azərbaycanın səsi"ndə baş verənlər fotolarda
2410 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” mahnı müsabiqəsinin növbəti canlı yayımı baş tutub.

Axşam.az-ın məlumatına görə, sonuncu buraxılışda yarışmanın qaydasına əsasən, hər münsifin komandasında iki iştirakçı müsabiqəni tərk edib.

Əməkdar artist Elza Seyidcahan tələbələri – Ruslan Alışan və Rəna Süleymanovanı, meyxanaçı Namiq Qaraçuxurlu Bəxtiyar Axundov və Ziyad Qurbanovu, müğənni Nadir Qafarzadə Kənan Məmmədov və Vüsal Əsgərovu, müğənni Elnarə Xəlilova isə Sərxan Cəfərov və Sami Dənizi yarışmadan uzaqlaşdırıb.

Qeyd edək ki, “Azərbaycanın səsi” yarışmasının qalibi avtomobil qazanacaq və ölkəmizi “Türkvision” müsabiqəsində təmsil edəcək.

Hər həftənin cümə axşamı saat 21:30-da yayımlanan verilişin aparıcısı Günay Firudinqızıdır.

Foto: Rəşad ABBASOV