ATV-nin aparıcısı Mətanət Əliverdiyeva yeni mövsümdən fərqli imicdə tamaşaçıların qarşısına çıxacaq.
Axşam.az-ın məlumatına görə, aparıcının imicini “Özünə bax” layihəsinin siması Ruhi Əliyeva dəyişəcək. O, bu haqda “Gündəlik” verilişində məlumat verib:
“Mətanəti tam fərqli obrazda görəcəksiniz. Onu çox sevirəm, gözəl qadındır, daxilində fərqli zənginlik var. Həmişə deyirdim ki, Mətanət, özünü göstər, bu cür olma. İndi onu mən dəyişəcəm. Artıq bu geyimlərlə görünməyəcək, fərqli saç düzümündə olacaq. Boyu, görünüşü var, imici də ona uyğunlaşmalıdır”.