Nikolas Keyc baba oldu

Nikolas Keyc baba oldu
1570 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud aktyoru Nikolas Keyc 50 yaşında baba olub.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyorun 23 yaşlı oğlu Uestonun övladı dünyaya gəlib. Uşağın adını ailə şəcərəsinin şərəfinə Lusian Avqust Kapolla Keyc qoyublar.
"Lusian adı mənşəyinə görə rumın adıdır. Avqustu isə Uestonun babası qoyub", deyə Nikolasın gəlini Daniyel açıqlama verib.

Ueston isə, öz növbəsində "babam əsl dahidir. Biz ona hörmət edirik" deyib.

Bu, Hollivud ulduzunun ilk nəvəsidir.

Qeyd edək ki, Nikolas Keyc Kapollalar ailəsinin üçüncü nəslinin nümayəndəsidir. Məşhur kinorejissor Frensis Ford Kapolla onun dayısıdır. İndiyə kimi üç nikahı olan aktyor hazırda koreyalı Ellis Kimlə ailəlidir və 8 yaşlı Kal-El adlı oğulları var. Ueston isə Nikolasın aktrisa Kristina Falton ilə nikahdankənar münasibətindən dünyaya gəlib.