İrina Şeyk eks-sevgilisi ilə Cici Hadidin görüşməsini istəmir

İrina Şeyk eks-sevgilisi ilə Cici Hadidin görüşməsini istəmir
641 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş sevgilisi, aktyor Bredli Kuperi məşhur model Cici Hadidlə tanış edən İrina Şeyk indi də onların münasibətlərindən narazıdır. 

Axşam.az xəbər verir ki, buna səbəb son vaxtlar Bredli və Cicinin birlikdə görüntülənməsidir. 

"İrina Bredlinin özündən kiçik olan başqa bir supermodellə görüşməsindən narazıdır" deyə, modelin insayderləri "Page Six"ə açıqlamalarında söyləyiblər.

Qeyd edək ki, Bredli və İrinanın 2017-ci ildə Liya adlı qızı dünyaya gəlib. İkili 2019-cu ildə ayrılmışdı.

Müğənni Zayn Malikdən ayrıldıqdan sonra Cicinin adı aktyor Leonardo DiKaprio ilə hallanıb. Maraqlı məqamlardan biri də həmin ərəfədə DiKaprio ilə İrina arasında da münasibət olduğu iddia edilib. Cici ilə Zaynın bir qız övladları var.