Aktrisa Cessika Alba Böyük Britaniyanın “GQ” jurnalı üçün maraqlı fotolar çəkdirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın avqust sayı üçün kamera qarşısına keçən Cessika bir neçə saat qızmar günəş altında poz verib.
İki uşaq anası olan 33 yaşlı Alba mükəmməl bədən quruluşu ilə diqqət çəkib.
“Mən öz bədənimi və düz qarnımı xoşlayıram. Amma ayaqlarım haqqında bu sözü deyə bilməyəcəyəm. Çünki ürəyimcə deyil. Amma özümü pəhriz saxlamağa məcbur etməyəcəyəm. Qadınlara məsləhətim odur ki, onlarda olan gözəllikləri təkmilləşdirib xoşlarına gəlməyən hissələrini kompleks etməsinlər”, - deyə Cessika vurğulayıb.