1994-cü ildə məşhur “Nirvana” rok qrupunun 27 yaşında intihar edən üzvü Kurt Kobeynin və Kortni Lavın yeganə qızı Frensis Bin ərə gedib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model və müğənni məşhur skeytbordçu Toni Hokun oğlu Rayli Havkla ailə qurub.
2021-ci ildən münasibətdə olan cütlüyün toyu Los-Ancelesdə baş tutub.
Qeyd edək ki, bu, Frensisin ikinci evliliyidir. 2015-ci ildən 2016-cı ilə qədər müğənni "The Eeries" qrupunun solisti İsaya Silva ilə ailəli olub.