Britaniyanın məşhur "Massive Attack" qrupunun gitaraçısı Ancelo Bruskin vəfat edib.
Axşam.az xəbər verir ki, musiqiçi 62 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb bu ilin iyulunda açıqladığı ağciyər xərçəngi olub.
Qeyd edək ki, Ancelo "The Numbers", "Rimshots", "The Blue Aeroplanes" kimi bir sıra digər qruplarda da çıxış edib.