Türkiyəli müğənni Sərdar Ortaç dünən xəstəxanadan evə buraxıldıqdan sonra həyat yoldaşı Xloe Luqnanla birlikdə Çeşməyə yollanıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, 20 günlük müalicənin ardından ilk dəfə ayağa qalxan ifaçı restoranların birində xanımının ad gününü qeyd edib. Jurnalistlərin suallarına cavab verən sənətçi “bildiyiniz kimi, evlənəndən sonra bal ayına çıxa bilməmişik. Xloe ad gününü Çeşmədə keçirmək istədi, ona görə bura gəldik” deyib.
S.Ortaç yaradıcılığından da danışıb: “İyul və avqustda çoxlu konsertim var. Heç biri təxirə düşməyəcək. Lazım gələrsə, səhnədə oturub oxuyacam”.
Xatırladaq ki, Sərdar Ortaç toyundan cəmi üç gün sonra “MS” (mərkəzi sinir sistemi xəstəliyi) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.