"Kanal D" kanalında yayımlanan "Yarqı" serialına yeni aktrisa daxil olacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Funda İlhan rol alacaq. O, "Handan" obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Pınar Dənizlə Kaan Urqancıoğlu paylaşır.