"Harri Potter"in 33 yaşlı ulduzu Daniel Redkliff film çəkəcək.
Axşam.az xəbər verir ki, aktyor sözügedən ekran işinin çəkiliş meydançasında baş verən qəzadan sonra iflic olan keçmiş dublyoru Devid Holmsun həyatını lentə alacaq.
Filmdə "Harri Potter və ölüm yadigarları"nın çəkilişlərində partlayış nəticəsində kürəyi üstə yıxılaraq qismən iflic qalan Deviddən bəhs olunacaq.