"Kartların evi" serialının aktyoru Erik Censenə xərçəng diaqnozu qoyulub.
Axşam.az xəbər verir ki, xəstəliyin dördüncü mərhələdə olduğu bildirilib. Xərçəng artıq qaraciyərə metastaz verib. O, kimyaterapiya almalı və iki əməliyyat keçirməlidir. Aktyorun ailəsi bunun üçün 300 min dollara ehtiyacları olduğunu vurğulayıb və yardım istəyiblər.
Qeyd edək ki, Erik bir müddət əvvəl beyin anevrizmasından müalicə almışdı. O, evlidir və 13 yaşlı bir qızı var.