Dueyn Consonun mum heykəlindəki səhv gündəm oldu - Foto

Dueyn Consonun mum heykəlindəki səhv gündəm oldu - Foto
1994 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdəki Qrevin Muzeyi "Qaya" ləqəbi ilə tanınan Hollivud ulduzu Dueyn Consonun mum heykəlini nümayiş etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, lakin heykəlin yaradıcılarının müasir dövrdə bağışlanmaz səhvə yol verdikləri üzə çıxıb.

Sosial şəbəkədə aktyorun pərəstişkarları sənətçinin dəri rənginin reallığa uyğun gəlməməsinə qəzəbləniblər. Onlar abidənin aktyorun solğun surətinə bənzədiyini qeyd ediblər. 

Əslində isə aktyorun anası samoalı, atası isə afroamerikalı güləşçidir və tünd dərisi Consona valideynlərindən ötürülüb. 

Aktyor sosial şəbəkədəki xarici görünüşü ilə bağlı müzakirələrdən uzaq qalmayıb və bunları yazıb:

"Mən komandamdan Parisdəki Qrevin Muzeyindəki dostlarımızla əlaqə saxlamağı xahiş edəcəm ki, mum heykəlimi yeniləsinlər və bəzi vacib detalları əlavə etsinlər. İlk növbədə dəri rəngindən başlayarıq".

Tənqidlərdən sonra Qrevin Muzeyinin yaradıcıları Dueyn Consonun heykəlinin rəngini tündləşdiriblər.